SLOVAKİYA MİLLİ ŞURASININ SƏDRİ MÜQƏDDƏS MƏRYƏM KİLSƏSİNİ ZİYARƏT EDİB

Slovakiya Respublikasının Milli Şurasının sədri Rixard Raşinin başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti Müqəddəs Məryəm katolik kilsəsini ziyarət edib.

Qonaqları Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti yepiskop Vladimir Fekete qarşılayıb, onlara Azərbaycanın katolik icmasının tarixi və müasir həyatı, Slovakiyadan olan din xadimlərinin Azərbaycanda Katolik Kilsəsinin bərpası tarixində oynadığı xüsusi rol, ölkənin beynəlmiləl katolik icmasının Azərbaycan cəmiyyətində tolerantlıq ənənələrinin möhkəmlənməsinə və dövlətin bu sahədə həyata keçirdiyi siyasətə verdiyi dəstək haqqında geniş məlumat təqdim edib.

Slovakiya Respublikasının Milli Şurasının sədri Rixard Raşi yepiskop Vladimir Feketeyə görüş üçün minnətdarlığını bildirərək, Azərbaycan–Slovakiya münasibətlərinin həm də ruhani ölçüsünə şahid olmaqdan dərin məmnunluq hissi keçirdiyini bildirib.

Görüşdə Slovakiya Milli Şurasının nümayəndələri, Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının slovak əsilli din və kilsə xadimləri, Slovakiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Elçin Qasımov, eləcə də Slovakiya KİV-nin nümayəndələri iştirak ediblər.