YEPİSKOP VLADİMİR FEKETE ABŞ-DA SƏFƏRDƏ OLUB

Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete cari ilin fevralın ayının 27-dən mart ayının 5-nə kimi Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyx-ül-islam Allahşükür Paşazadə həzrətləriin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Amerika Birləşmiş Ştatlarında səfərdə olub.
Səfər çərçivəsində yepiskop Vladimir Fekete Yuta ştatının senatorları, “Sterlinq” Fondunun prezidenti Edvard Rove, “İsa Məsih Sonuncu Günlərin Müqəddəsləri” dini icması və Yuta ştatının digər ictimai və siyasi xadimləri, o cümlədən yahudi və müsəlman dini icmaları ilə keçirilən görüşlərdə iştirak edib.
Həmçinin, yepiskop Vladimir Fekete Solt Leyk Siti yeparxiyasının başçısı, yepiskop Oskar Solis ilə görüşüb, Yuta ştatının kafedral kilsəsi olan müqəddəs Məcdəli Məryəm kilsəsini ziyarət edib, Solt Lake Siti yeparxiyasının vitse-kansleri ata Silva Langes və kafedral kilsəsinin baş keşişi ata Martin Diaz ilə görüşlər keçirib.
Səfər zamanı Azərbaycanın nümayəndə heyəti Yuta ştatının Briqham Yanq Universitetin müəllim-tələbə heyəti ilə görüşüb. Görüş zamanı yepiskop Vladimir Fekete Azərbaycanda Katolik Kilsəsinin tarixi və bu günü, ölkəmizin dinlərarası dialoq sahəsində əldə etdiyi böyük uğurlar haqda danışıb, tələbələrin çoxsaylı suallarını cavablandırıb.
Səfər mart ayının 5-ci başa çatıb.