YEPİSKOP VLADİMİR FEKETE “AZƏRBAYCAN ÜÇÜN DUA EDİRİK” ADLI KONFRANSIN İŞİNDƏ İŞTİRAK EDİB
Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti yepiskop Vladimir Fekete Dini Qurumlar ilə İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Beynəlxal Tolerantlıq Günü ərəfəsində “Azərbaycan üçün dua edirik” mövzusunda keçirilmiş konfransın işində iştirak edib.
Tədbirdə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbərliyi, millət vəkilləri, dini icmaların rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konsfransda çıxış edən yepiskop Vladimir Fekete Azərbaycanın tolerantlıq ənənələridən danışıb, çağdaş dövrün roma papalarının dinlərarası dialoqa çağırışlarının Azərbaycanda həyata keçirilməsindən çox məmnun olduğunu bildirib, aidiyyatlı dövlət qurumlarının və dini liderlərinin ölkədə tolerantlıq mədəniyyətinin qorunub saxlanması və möhkəmlənməsi naminə gərgin fəaliyyətinə görə təşəkkürünü bildirib.
