YEPİSKOP VLADİMİR FEKETE BERLİN ŞƏHƏRİNİN FƏXRİ KÖMƏKÇİ YEPISKOPU VOLFQANQ VEYDER İLƏ VİDA MƏRASİMİNDƏ İŞTİRAK EDİB

27.02.2024

Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti yepiskop Vladimir Fekete Berlin arxiyeparxiyasının fəxri köməkçi yepiskopu, Uzita-nın  titulyar yepiskopu  Volfqanq Veyder ilə vida mərasimində iştirak edib.

Volfqanq Veyder 29 oktyabr 1932-ci ildə Berlində anadan olub və 21 dekabr 1957-ci ildə kardinal Yulius Döpfner tərəfindən keşişlik dini rütbəsinə təyin edilib.

13 fevral 1982-ci ildə Müqəddəs Ata Papa II İohann Pavel onu Uzita titulyar yepiskopu və Berlin arxiyeparxiyasının köməkçi yepiskopu təyin edir. Onun yepiskop şüarı Müqəddəs Məryəmin İncildəki sözləri idi: “Quod dixerit vobis – facite” – “O sizə nə deyirsə, onu edin” (Yəhya 2, 5).

30 yanvar 1983-cü ildə yepiskop Volfqanq Veyder Slovakiyadan olan gənc salezian rahib Vladimir Feketeni keşişlik dini rütbəsinə təyin edir.

Yepiskop Volfqanq Veyder 2024-cü il fevralın 14-də 91 yaşında vəfat edib.

Berlin şəhərinin Məsihin Əqdəs Bədəni kilsəsində keçirilən dəfn Messasına Berlin arxiyepiskopu Hayner Kox başçılıq edib. İbadət zamanı arxiyepiskop Hayner Koxu yeparxiyanın ruhaniləri, eləcə də Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekti yepiskop Vladimir Fekete müşayiət ediblər.

Photos: www.erzbistumberlin.de