YEPİSKOP VLADİMİR FEKETE CƏNUBİ QAFQAZIN YEVANGELİK-LÜTERAN KİLSƏSİNİN BAŞÇISI ROLF BARAYSI QƏBUL EDİB
Bakıda səfərdə olan Cənubi Qafqazın Yevangelik-Lüteran Kilsəsinin yepiskopu Rolf Barays Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının kurial ofisində Azərbaycanın apostol prefekti yepiskop Vladimir Fekete ilə görüşüb.
Yepiskop Vladimir Fekete qonağa Azərbaycanda katoliklərin həyatından, katolik icması ilə dünyavi hakimiyyət qurumları arasında yaranmış qarşılıqlı hörmətə əsaslanan əlaqələrdən danışıb. Söhbət zamanı Azərbaycanın xristian icmaları arasında qarşılıqlı əməkdaşlığın yüksək səviyyəsi, o cümlədən Qafqaz Müsəlmanları İdarəsi və ölkənin yəhudi icmaları ilə xoş münasibətlər xüsusi vurğulanıb.
Cənubi Qafqaz lüteranların başçısı görüşə görə və qarşılıqlı maraq doğuran məsələləri müzakirə etmək imkanına görə yepiskop Vladimir Feketeyə təşəkkür edib.
Görüşdə Bakı Yevangelik-Lüteran icmasının keşişi Gethard Lemke və Apostol Prefekturasının mətbuat katibi Toral Ağayev iştirak ediblər.



