YEPİSKOP VLADİMİR FEKETE FATİMALI ALLAH ANASININ HEYKƏLİ İLƏ VİDA MƏRASİMİNDƏ İŞTİRAK EDİB
04-05.11.2022
Müqəddəs Taxt-Tacın Gürcüstanda apostol nunsisi arxiyepiskop Xose Bettenkurt-un və Gürcüstanın apostol administratoru, yepiskop Cüzeppe Pazotto-nun dəvəti ilə Azərbaycanda Katolik Kilsəsinin başçısı, yepiskop Vladimir Fekete Fatimalı Allah Anası heykəli ilə təntənəli vida mərasimlərində iştirak edibl Məlum olduğu kimi, Gürcüstandakı apostol nunsiaturasının təşəbbüsü ilə Müqəddəs Məryəmin bu qədim və yüksək ehtiramlı surəti bütün oktyabr ayı ərzində Cənubi Qafqazda qolmuşdur.
Noyabrın 5-də Tiflisin kafedral katolik kilsəsində yepiskop Cüzeppe Pazottonun başçılığı və arxiyepiskop Xose Bettenkurt, yepiskop Vladimir Fekete və Gürcüstanın apostol administraturasının ruhanilərinin müşaiəti və təntənəli Müqəddəs Messa keçirilib.
Müqəddəs Messanın sonunda Fatimalı Allah Anasının heykəli ilə Gürcüstan Katolik Kilsəsinin din xadimlərinin və dindarlarının müşayiəti ilə Tiflis küçələrində xaç yürüşü keçirilib.
Noyabrın 6-da səhər saatlarında Fatimalı Allah Anası heykəli Cənubi Qafqazı tərk edib və Fatima Bazilikası baş keşişinin müşayiəti ilə Portuqaliyaya qayıdıb.


