YEPİSKOP VLADİMİR FEKETE GÜRCÜSTAN XALQINA VƏ KİLSƏSİNƏ BAŞSAĞLIĞI VERİB

Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti yepiskop Vladimir Fekete Gürcüstanın Azərbaycandakı səfirliyini ziyarət edərək, Bütün Gürcüstanın Katolikos-Patriarxı, II İliya Müqəddəslərinin vəfatı ilə əlaqədar açılmış başsağlığı kitabına ürək sözlərini yazıb:
“Azərbaycan katolikləri adından və öz adımdan qardaş Gürcüstan xalqına Katolikos-Patriarx II İliyanın vəfatı münasibətilə dərin və səmimi başsağlığı verirəm.
Qoy mərhəmətli Rəbb Allah onun Kilsənin və xalqın rifahı naminə çəkdiyi bütün zəhmətlərini qəbul etsin.
Ya Rəbb, ona əbədi rahatlıq bəxş et və qoy əbədi nur onun üzərinə saçsın. Qoy o, sülh içində rahat yatsın. Amin.”