YEPİSKOP VLADİMİR FEKETE “HEYDƏR ƏLİYEV SİYASƏTİ: TOLERANTLIQ” MÖVZULU KONFRANSDA İŞTİRAK EDİB

Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekti yepiskop Vladimir Fekete Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində keçirilən “Heydər Əliyev siyasəti: Tolerantlıq” mövzulu konfransda iştirak edib.
Tədbirdə Dövlət Komitəsi sədrinin müavini S.Nağıyev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru R.Həsənov, ölkənin dini icmalarının rəhbərləri və nümayəndələri iştirak ediblər.
“…Azərbaycanda Heydər Əliyevin siyasi iradəsi ilə humanitar məsələlər prioritet elan edilmiş, dövlətin bilavasitə diqqət və qayğısı altına alınmışdır. Xalqın mədəni ənənələri dirçəlməyə başlandı, sovet dövründə dağıdılmış ənənəvi dinlərin məbədləri bərpa edildi, dini icmalara onların təşkilatlarının yenidən qurulması üçün dövlət səviyyəsində dəstək göstərildi. Azərbaycan katolikləri həmişə xatırlayırlar ki, məhz Heydər Əliyevin təşəbbüsü ilə Katolik Kilsəsi bu torpaqda öz tarixi mövcudluğunu bərpa edə bilib…” -, yepiskop Vladimir Fekete öz çıxışında qeyd edib.