YEPİSKOP VLADİMİR FEKETE “HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANÇILIQ-100” ADLI KONFRANSIN İŞİNDƏ İŞTİRAK EDİB

Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti yepiskop Vladimir Fekete Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin 100-illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycançılıq -100” adlı konfransın işində iştirak edib.
Konfrans Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Dillər Universitetinin birgə təşkilatçılığı ilə keçirilib.
Tədbirdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Azərbaycan Dillər Universitetinin, AR Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin rəhbərliyi və əməkadaşları, ölkənin dini icmalarının rəhbərləri və nümayəndələri, ictimai xadimlər, universitetin professor-müəllim və tələbə heyyəti iştirak ediblər.
Yepiskop Vladimir Fekete öz çıxışı zamanı, həmçinin, vurğulayıb:
“…Böyük siyasətçi olaraq Heydər Əliyev dini tolerantlığın necə bir sərvət olduğunu və ölkənin davamlı inkişafını təmin etmək üçün mənəvi dəyərlərin də zəruri olduğunu yaxşı bilirdi. Onları qorumaq və inkişaf etdirmək ilk növbədə din xadimlərinin, mədəniyyət və incəsənət işçilərinin vəzifəsidir. Amma bunu həm siyasətçilər, həm də ictimai xadimlər dərk etməli və mümkün qədər bu dəyərlərin təşviqinə, və güclənməsinə dəstək verməlidirlər.
Şadam ki, Heydər Əliyevin böyük cidd-cəhdlə tədbiq etdiyi multikulturalizm və dini tolerantlıq ideyaları müasir Azərbaycanın həyatında möhkəm yer tutur və onun böyük sərvətinə çevrilir. Qoy Uca Allah Azərbaycana xeyir-dua versin, dünyadakı mövqeyini möhkəmləndirsin! Qoy bütün dünya bir böyük ailəyə çevrilsin və bütün insanlar qardaş-bacı kimi yaşaya bilsinlər!”