YEPİSKOP VLADİMİR FEKETE “HEYDƏR ƏLİYEVİN 100 İLLİYİ (1923-2023)” YUBİLEY MEDALI İLƏ TƏLTİF OLUNUB

Azərbaybaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il 2 fevral tarixli, 4289 nömrəli Sərəncamı ilə Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti yepiskop Vladimir Fekete “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib.
Yubiley medalını və vəsiqəni yepiskop Vladimir Feketeyə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev təqdim edib.
Yepiskop Vladimir Fekete Azərbaycan Dövlətinə və prezident İlham Əliyevə bu böyük mükafat və diqqətə görə dərin təşəkkürünü bildirib.