YEPİSKOP VLADİMİR FEKETE HOLOKOST QURBANLARINA HƏSR OLUNMUŞ TƏDBİRDƏ İŞTİRAK EDİB

Bakı Tolerantlıq Evində “Holokost müasirlərin gözü ilə” mövzusunda konfrans keçirilib. Tədbirdə İsrail Dövlətinin səfiri Rogen Kraus, Azərbaycan parlamentinin üzvləri, yəhudi icmalarının rəhbərləri, Azərbaycan dini konfessiyalarının nümayəndələri və ictimai xadimlər iştirak ediblər.
Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete konfransın mövzusu ilə bağlı çıxış edib.