YEPİSKOP VLADİMİR FEKETE KARAQANDADA (QAZAXISTAN) SƏFƏRDƏDİR
Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti yepiskop Vladimir Fekete Mərkəzi Asiya Katolik Yepiskopları Konfransı (MAKYeK) işçi iclasının keçirildiyi Qazaxıstan Katolik Kilsəsinin Karaqanda Yeparxiyasında səfərdədir. Konfransın işində Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Əfqanıstanın yepiskopları və ordinariləri, həmçinin Monqolustanın apostol prefekti kardinal Corco Marenqo iştirak edir.
Yepiskoplar Konfransları bir Kilsə institutu olaraq İkinci Vatikan Məclisindən (1962-65) sonra inkişaf etdi. Məclisin Ataları “eyni ölkədən və ya bölgədən olan yepiskopların müəyyən tarixlərdə bir araya toplaşaraq bir qrup təşkil etməsini çox məqsədəuyğun hesab edirdilər ki, fikir, təcrübə və məsləhət mübadiləsi yolu ilə Kilsələrin ümumi rifahı naminə müqəddəs əməkdaşlıq yaransın” (“Christus Dominus” Fərmanı, 37).
Mərkəzi Asiya Katolik Yepiskopları Konfransının sədir Almaatı şəhəri Əqdəs Üçlük yeparxiyasının yepiskopu Xose-Luis Mumbiela Sierra-dır.
Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturası prefekturanın başçısı yepiskop Vladimir Fekete tərəfindən təmsil olunaraq MAKYeK-nın tərkibinə 2022-ci ildən daxil olub.