YEPİSKOP VLADİMİR FEKETE KARDİNAL KLAUDİO QUCEROTTİ-Nİ TƏBRİK EDİB

Sentyabrın 30-da Müqəddəs Peter meydanında keçirilmiş konsistoriya zamanı Papa Fransisk 21 iyerarxı kardinal məramına yüksəltdi.

Kilsənin yeni kardinalları arasında Şərq Kilsələri üzrə Dikasteriyanın prefekti, Müqəddəs Taxt-Tacın Azərbaycandakı keçmiş səfiri, arxiyepiskop Klaudio Qucerotti də var. Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələrin inkişafında, eləcə də Azərbaycanda Katolik Kilsəsinin strukturlarının bərpasında xüsusi xidmətləri olan kardinal Qucerotti həzrətləri ölkəmizin yaxşı dostudur.

Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete Müqəddəs Peter meydanında keçirilən təntənəli konsistoriya mərasimində iştirak edib. Vladimir həzrətləri kardinal Qucerotti ilə görüşmüş, ölkəmizdə Kilsənin rifahı naminə gördüyü işlərə görə kardinal həzrətlərini daim dərin minnətdarlıq hissi ilə yad edən Azərbaycan katolikləri adından ona ən səmimi təbrikləri çatdırmışdır.