YEPİSKOP VLADİMİR FEKETE MÜQƏDDƏS HƏVARİ BARTALMAYIN XATİRƏSİ İBADƏTİNDƏ İŞTİRAK EDİB
Hər il, iyunun 24-də, Bakı və Azərbaycan yeparxiyasının ruhaniləri və imanlıları Bakı şəhərinin səmavi hamisi müqəddəs həvari Bartalmayın anım günündə Qız Qalasının ətəyində müqəddəs həvariyə akafist duasının oxunması ilə ibadət keçirirlər. Həvarinin şəhid olduğu məkanda hər il keçirilən ibadətdə pravoslav icması ilə yanaşı ölkənin digər xristian icmalarının nümayəndələri də iştirak edirlər.
İbadətə Bakı və Azərbaycan yepiskopu Aleksiy başçılıq edib.
İbadətdə Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti yepiskop Vladimir Fekete də iştirak edib.








