YEPİSKOP VLADİMİR FEKETE “MÜXTƏLİFLİYİN QORUNMASI: 2024-CÜ İLDƏ İSLAMOFOBİYA İLƏ MÜBARİZƏ” BEYNƏLXALQ KONFRANSINDA İŞTİRAK EDİB”
Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti yepiskop Vladimir Fekete həzrətləri ölkənin dini xadimləri ilə birlikdə “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” beynəlxalq konfransın işində iştirak edir.
Forum Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, G20 Dinlərarası Forumu, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Bakı Təşəbbüs Qrupu tərəfindən təşkil olunub.

