YEPİSKOP VLADİMİR FEKETE PREZİDENT İLHAM ƏLİYEVİN ANDİÇMƏ MƏRASİMİNDƏ İŞTİRAK EDİB
Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti yepiskop Vladimir Fekete 7 fevral 2024 il tarixində keçirilmiş növbədənkənar prezident seçkiləri nəticəsində yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilmiş İlham Heydər oğlu Əliyevin andiçmə mərasimində iştirak edib.
Milli Məclisin binasında keçirilən təntənəli mərasimdə dövlət xadimləri, millət vəkilləri, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, ölkənin ənənəvi dini icmaların rəhbərləri, ictimayyət nümayəndələri iştirak ediblər.


