Yepiskop Vladimir Fekete “Prioritet qlobal məsələlər üzrə multikultural perspektivlər” mövzusunda beynəlxalq konfransda iştirak edib
Mayın 19-da Bakıda G20 Beynəlxalq Regional Forumuna hazırlıq çərçivəsində “Prioritet qlobal məsələlər üzrə multikultural perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfrans G20 Dinlərarası Forumlar Assosiasiyası (İF20), Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Qafqaz Müsəlmanları İdarəsi və Stirlinq Fondu (ABŞ) tərəfindən təşkil olunub.
Konfransda Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete iştirak edib.
Konfransın 3-cü panelində Vladimir Fekete həzrətləri koronavirusun yayılması ilə mübarizədə Katolik Kilsəsinin rolu, Azərbaycanın Apostol Prefekturasının bu istiqamətdə həyata keçirdiyi tədbirlər haqqında məruzə edib.
Yepiskop Vladimir Fekete Azərbaycanın dini icmalarının yeni təhlükə qarşısında nümayiş etdirdikləri həmrəyliyi, həmşinin dini icmalar arasında qarşılıqlı anlaşmanın və müştərək fəaliyyətinin yüksək səviyyəsini xüsusi olaraq qeyd edib.