Yepiskop Vladimir Fekete Qazaxıstan paytaxtının kafedral kilsəsi – Yorulmaz Kömək olan Məryəm Ana kilsəsində Rəbbin günü Müqəddəs Messasına başçılıq edib

Sentyabrın 18-i Azərbaycanda Katolik Kilsəsinin başçısı, yepiskop Vladimir Fekete həzrətləri Qazaxıstan paytaxtının kafedral kilsəsi – Yorulmaz Kömək olan Məryəm Ana kilsəsində bazar günü Müqəddəs Messasına başçılıq edib.
Qazaxıstan katoliklərini Azərbaycanda Katolik Kilsəsinin adından salamlayaraq, yepiskop Vladimir, həmçinin, qeyd etdi ki:
“…Biz, Azərbaycanın katolikləri, sizinkinə bənzər şəraitdə, əksəriyyəti İslam dininə etiqad edən insanlar arasında yaşayırıq. Allaha şükürlər olsun ki, cəmiyyətin və ölkə rəhbərliyinin xoş münasibəti sayəsində biz imanımızı rahat açıq şəkildə iqrar edirik, Kilsəyə və insanlara imkanımız daxilində xidmət edə bilirik.”
Öz xütbəsində Vladimir həzrətləri imanlıların diqqətini Həvari Pavelin Timoteyə məktubundan bir fraqmentə çəkdi, harada ki müqəddəs həvari hakimiyyət və rəhbərlər üçün dua etməyə çağırır.
“Allah Kilsəni, Öz həvarisinin kəlamı ilə, qüdrət almış hər kəs üçün dua etməyə çağırki ki, hakimiyyətdə olanlar xalqları sədaqətlə idarə etsinlər…”, – deyərək, mons. Fekete imanlılara xristianların dua vəzifəsi haqqında söz açıb.