YEPİSKOP VLADİMİR FEKETE QAZAXSTANA SƏFƏR EDƏCƏK

Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete DÜNYA VƏ ƏNƏNƏVİ DİNLƏR LİDERLƏRİNİN VII KONQRESİNDƏ iştirak etmək üçün sentyabr ayının 12-də Qazaxıstanın paytaxtı Nursultan şəhərinə səfər edəcək. Konqres çərçivəsində Zati-Müqəddəsləri Papa Fransisk Qazaxıstana səfər edəcək.

Səfərin ilk günü, sentyabrın 13-də Roma Papası Fransisk Qazaxıstan Respublikasının Prezidenti, hakimiyyət, ictimaiyyət və diplomatik korpus nümayəndələri ilə görüşəcək.

Ertəsi gün, sentyabrın 14-də Roma Papası Dünya Dinləri Liderlərinin VII Konqresinin işində iştirak edəcək və “Expo” Beynəlxalq Sərgi Mərkəzinin ərazisində xalqla birlikdə Müqəddəs Messa ibadətinə başçılıq edəcək.