Yepiskop Vladimir Fekete: “Qoy Müqəddəs Ruh bizə yaxınlarımız, şəhərimiz və ölkəmiz üçün Məsihin hədiyyəsi olmağa kömək etsin!”
Yepiskop Vladimir Fekete: “Qoy Müqəddəs Ruh bizə yaxınlarımız, şəhərimiz və ölkəmiz üçün Məsihin hədiyyəsi olmağa kömək etsin!”
İyunun 8-də Katolik Kilsəsi Müqəddəs Ruhun Enməsi – Pentikost bayramını qeyd etdi. Həmin gün xristianlar bu Əhdi-Cədid hadisəsini xatırlayır və ruhən yenidən yaşayırlar. İsa Məsih, Dirilməsindən və Göylərə Qalxmasından sonra Allahın Onun şagirdlərinə Təsəlliverici göndərəcəyinə dair vəd vermişdir və həmin vəd Pasxanın 50-ci günündə yerinə yetirildi. Təsəlliverici – Allahın Ruhudur və O, insan ağlının səyləri ilə dərk edilməsi mümkünsüz olan İsa Məsihin Təcəssümü, Həyatı, Çarmıxı, Ölümü və Dirilməsi Sirrini həvarilərə açıqladı. Müqəddəs Ruhun enməsi günü həm də Kilsənin yaranması günü sayılır. İki min ildən çoxdur ki Allahın Ruhu Kilsədə yaşayır və onu istiqamətləndirir.
Müqəddəs Məryəm kilsəsində keçirilən bayram Messasına Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete başçılıq edib.
İbadətə toplaşanları salamlayan yepiskop Vladimir Fekete Azərbaycandakı Kilsənin imanlılarını Müqəddəs Ruhun ənamı üçün şövq ilə dua etməyə çağırdı ki, “biz bu dünyada İsa Məsihin şahidləri kimi yaşaya bilək və Allahın Ruhu qəlblərimizi doldursun ki, biz Allahın məhəbbətinə əmin olaq və yaxınlarımız, şəhərimiz və ölkəmiz üçün hədiyyəyə çevrilək!”
Pentikost günü yepiskop Vladimir Fekete həmçinin Məshetmə Sirrini icra etdi.













