Yepiskop Vladimir Fekete: Rəbbin Surətinin Dəyişilməsi əbədi həyatın əlamətidir

Martın 1-i, Böyük Orucun II Rəbb günü Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti yepiskop Vladimir Fekete Müqəddəs Məryəm kilsəsində Messaya başçılıq edib. İbadət zamanı yepiskopu general vikariy ata Yozef Marek müşaiyət edib.

İmanlılara vəz ilə müraciət edən yepiskop Vladimir onları Müqəddəs Yazıda “bütün imanlıların atası” kimi təqdim olunan İbrahimin surətinə diqqət etməyə dəvət etdi. O vurğuladı ki, ulu atamızın həyatı – Allaha insanı adət etdiyi mühitdən ayrılmağa və yalnız Rəbbin səsinə tabe olaraq iman yoluna çıxmağa sövq edən şərtsiz etimadın nümunəsidir.

Rəbbin Surətinin Dəyişilməsi haqqında İncil oxunuşuna keçərək, yepiskop Vladimir bu hadisənin Böyük Oruc dövrü ilə dərin bağlılığını qeyd etdi. O, Tabor dağında şagirdlərə Məsihin izzətini aşkar edən bu hadisəni “Allahın hər bir insanı çağırdığı əbədi həyatın əlaməti” adlandırdı. Yepiskopun sözlərinə görə, Xilaskarın Üzündən saçan nur imanlılara onların ruhani yolunun son məqsədini — İlahi izzətdə iştirak etməyi xatırladır.

Yepiskop həzrətləri həmçinin qeyd etdi ki, Rəbbin Surətinin Dəyişilməsi həvariləri Məsihin Əzabları ərəfəsində möhkəmləndirdi və bu gün də çətinliklər və sınaqlar içində imanlılara ümid nurunu bəxş edir.