YEPİSKOP VLADİMİR FEKETE ROMAYA İŞGÜZAR SƏFƏRİ EDİB

Fevralın 17-dən 21-dək Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete Apostol Paytaxtında işgüzar səfərdə olub.

Azərbaycan katoliklərinin başçısı Şərq Kilsələri üzrə Dikasteriyası katibinin müavini, monsenyor Filippo Çampanelli-nin yepiskop xirotoniyası ayinində iştirak edib. Mons. Çampanelli-nin yepiskop xirotoniyası ayininə Şərq Kilsələri üzrə Dikasteriyanın prefekti, kardinal Klaudio Qucerotti başçılıq edib.

Mons. Filippo Çampanelli 2009-2011-ci illərdə Müqəddəs Taxt-Tacın Cənubi Qafqazdaki apostol nunsiaturasının katibi vəzifəsində çalışıb. Yeni təyin olunmuş yepiskopun Azərbaycandaki Katolik Kilsəsi ilə dostluq bağları var.

İşgüzar səfəri zamanı yepiskop Vladimir Fekete Kommunikasiya üzrə Dikasteriyada görüşlər keçirib, Vatikan Apostol Kitabxanasını ziyarət edib və Kitabxananın Prefekti  Mauro Mantovani (SDB) tərəfindən qəbul olunub.

Həmçinin, Azərbaycanın apostol prefekti Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacdakı fövqəladə və səlahiyyətli səfiri İlqar Muxtarov ilə görüşüb.

Yepiskop Vladimir Fekete Romanın dörd əsas yubiley bazilikalarını – müq. Peter, müq. Paul (Müqəddəs Paulun “Divarlardan kənar” bazilikası), Santa Maria Maggiore Bazilikası və Lateran Bazilikasını ziyarət edib. “Yubiley ilində bu ziyarətləri yerinə yetirərək Apostol Paytaxtın hər bir müqəddəs bazilikasında Azərbaycanda Лilsənin inkişafı, Azərbaycanın və onun xalqının rifahı üçün duaдфк etdim”, -deyə mons. Vladimir Fekete Apostol Prefekturasının mətbuat xidmətinə bildirib.