YEPİSKOP VLADİMİR FEKETE TÜRKİYƏ CÜMHURİYYƏTİNİN SƏFİRİNƏ BAŞSAĞLIĞI MƏKTUBUNU GÖNDƏRİB

Yepiskop Vladimir Fekete Türkiyə Cümhuriyyətinin Azərbaycandaki səfiri cənab Cahit Bağcı-ya başsağlığı məktubunu göndərib.
Məktubda deyilir:
“Hörmətli cənab Səfir!
Fevralın 6-na keçən gecə Türkiyənin cənub bölgələrində baş vermiş zəlzələ nəticəsində əhali arasında çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar xəbəri məni çox kədərləndirdi.
Azərbaycan katolikləri adından və şəxsən öz adımdan bütün türk xalqına, xüsusilə də həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara şəfa diləyirəm.
Uca Allah bu çətin günlərdə Türkiyəyə yardım və təsəlli göndərsin.
Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti,
yepiskop Vladimir Fekete”