YEPİSKOP VLADİMİR FEKETE XOCALI FACİƏSİNƏ HƏSR OLUNMUŞ TƏDBİRDƏ İŞTİRAK EDİB

Qafqaz Müsəlmanları İdarəsində 26 fevral 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Xocalı şəhərində baş vermiş faciəyə həsr olunmuş anım mərasimi keçirilib. Tədbirdə Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti yepiskop Vladimir Fekete iştirak edib.

“Biz hər il Azərbaycan xalqını dərindən yaralayan Xocalı faciəsinin qurbanlarının xatirəsini anmaq üçün bir araya gəlirik. 34 il keçməsinə baxmayaraq, bu ağrı insanların qəlbində hələ də yaşayır. Bu il bu hüznlü tarix elə bir vaxta təsadüf edib ki, ilahi hikmətlə müsəlmanlar və xristianlar eyni zamanda oruc və tövbə dövrünə qədəm qoyublar. Bu təsadüfdə xüsusi bir rəmz və eyni zamanda bizə, imanlı insanlara olaraq, bir çağırış görünür: həlak olanların ruhları, o dəhşətli gecədə doğmalarını itirənlərin qəlb yaralarının sağalması, həmçinin cəmiyyətə böyük təsir göstərən siyasətçilər və digər şəxslər üçün birlikdə dua edib oruc tutmaq. Çünki Xocalı faciəsi kimi faciələr qəfil baş vermir, onlar Allah qorxusundan məhrum olmuş qəlblərin acı bəhrəsidir. Qoy Uca Yaradan bu yaraları sağaltsın, zərərçəkənlərə təsəlli və sülh bəxş etsin, Azərbaycan xalqını qorusun və ona xeyir-dua versin”, — deyə Vladimir həzrətləri bildirib.