YEPİSKOP VLADİMİR FEKETE ZƏFƏR GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİRDƏ İŞTİRAK EDİB
Noyabrın 5-də, Bakının «Gülüstan» sarayında, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Vətən müharibəsində qazanılan Qələbənin 5 illiyinə həsr olunan “Vətən müharibəsi – 5 il: Birliyin zəfəri” adlı tədbir keçirilib.
Tədbirdə dövlət və hökumət nümayəndələri, din xadimləri, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, eləcə də qaziləri və veteranlar iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete ölkənin ərazi bütövlüyü naminə həyatlarında keçən qəhrəmanların əzizləri ilə həmrəy olduqlarını bildirib. Yepiskop həzrətləri Azərbaycana daim çiçəklənmə və inkişaf arzu etdi.








