Yepiskop Vladimir Feketenin Astana şəhərinə səfəri başa çatdı
Sentyabr ayının 18-də Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Feketenin Qazaxıstanın paytaxtı Astanaya zəvvarlıq səfəri başa çatdı.
14 sentyabr tarixində, mons. Vladimir Fekete Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin başçılıq etdiyi Azərbaycan dini liderlərindən ibarət nümayəndə heyətinin tərkibində cari ayın 14-15 tarixində Astanada keçirilən Dünya və Ənənəvi Dinlər Liderlərinin VII Qurultayında iştirak edib. Qurultayun mövzusu kimi dünya və ənənəvi dinləri liderlərinin pandemiyadan sonrakı dövrdə bəşəriyyətin sosial-mənəvi inkişafında rolu seçilmişdir. Forumda islam, xristianlıq, yəhudilik, şintoizm, buddizm və digər dinlərin nümayəndələri də daxil olmaqla, 60 ölkədən 100-ə yaxın nümayəndə heyəti iştirak edib.
Qurultay çərçivəsində Roma Papası Fransisk Qazaxıstana dövlət və pastır səfərini edib.
Sentyabrın 14-də, Müqəddəs Xaçın Ucaldılması bayramı günündə, “Ekspo” Beynəlxalq Sərgi Mərkəzinin ərazisində Müqəddəs Atanın başçılığı ilə Qazaxıstan katoliklərin eləcə də Mərkəzi Asiya ölkələrindən, Rusiyadan, Ukraynadan, Gürcüstandan və digər ölkələrdən olan yüzlərlə zəvvarın iştirak etdiyi Müqəddəs Messa keçirilib. Yevxaristiya Liturgiyasını Qazaxstan Katolik Kilsəsinin yepiskop, keşiş və diakonların, Müqəddəs Taxt-Tacın nümayəndə heyyətinin və Qazaxtana zəvvarlıq səfərini edən ruhanilərin müşaiyəti ilə Astana şəhərinin Müqəddəs Məryəm Arxiyeparxiyasının arxiyepiskop-mitropoliti Tomaş Peta icra etdi. Azərbaycanın apostol prefekti, yepiskop Vladimir Fekete Müqəddəs Ayinin icrasında iştirak edib.
“… Xaç ağacında Məsih şər ilanından onun zəhərini aldı, xristian olmaq isə zəhərsiz yaşamaq deməkdir: bir-birinizi dişləməyin, gileylənməyin, ittiham etməyin, qeybət etməyin, dünyanı günah və şeytandan gələn inamsızlıqla çirkləndirməyin, pis işləri yaymayın. Bacılar və qardaşlar, biz İsanın çarmıxda deşilmiş böyründən yenidən doğulmuşuq: ölüm zəhəri içimizdə olmasın (müq. Hikmət 1:14). Bunun əvəzinə, gəlin dua edək ki, Allahın lütfü ilə getdikcə daha çox xristian olaq: yeni həyatın, sevginin və sülhün sevinən şahidləri olaq.” -, deyərək, Papa öz xütbəsində qeyd etdi.
Sentyabrın 15-də paytaxtın Yolrulmaz Kömək olan Allah Anası kafedral kilsəsində Papa Fransisk yepiskoplar, keşişlər, diakonlar, rahiblər və seminaristlərlə görüş keşirib. Görüşdə yepiskop Vladimir Fekete də iştirak edib. Zati-Müqəddəsləri ilə qısa görüş zamanı mons. Fekete Azərbaycan katolikləri adından Roma Papası Fransiskə xoş arzularını çatdırıb.
Öz növbəsində Müqəddəs Ata Azərbaycanın katolikləri və bütün sakinlərini üçün, bölgəmizdə davamlı və ədalətli sülhün bərqərar olması üçün dua etdiyini söylədi, Azərbaycan Kilsəsinə və xalqımıza xeyir-duasını çatdırdı.
Sentyabrın 16-da Astana şəhərinin kafedral kilsəsində Məhəbbətin Missioner Bacıları Ordeninin (Tereza Ananın Bacıları Ordeni) Qazaxstandakı fəaliyyətinin 20 illiyi münasibətilə bayram ibadətləri keçirilib.
Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti yepiskop Vladimir Fekete bayram Messasında iştirak edib.
Müqəddəs Messadan sonra Məhəbbətin Missioner Bacıları Konqreqasiyasının rahibələri şərəfinə konsert təşkil olundu. Konsertdə, Papa Fransiski bir gün öncə kaferdral kilsəsi önündə salamlayan qazax xalq musiqiçiləri ailəsi çıxış etdi.
Ziyarət çərçivəsində yepiskop Vladimir Fekete Azərbaycanın Apostol Prefektinin müşahidəçi statusuna malik olduğu Mərkəzi Asiya Katolik Yepiskopları Konfransının iclasında iştirak edib. Görüş zamanı yerli kilsələrin rəhbərləri cari məsələləri müzakirə edib, pastoral təcrübə mübadiləsi aparıblar.
Qazaxıstana zəvvarlıq ziyarəti zamanı yepiskop Vladimir Feketeni Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının mətbuat katibi T.Ağayev müşayiət edib.
(fotoşəkillər vaticannews.va saytından və yepiskop Vladimir Feketenin şəxsi arxivindən götürülüb)